Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin Rusiyadakı nümayəndəsi və Moskva İslam Mərkəzinin rəisi Höccətülislam vəl-müslimin Sabir Əkbəri Ciddi, saytımıza göndərdiyi video müraciətdə qeyd ediblər ki, Aşura inqilabında özünü əsrlər boyu və bu gün də qoruya biləcək çox mühüm faktorlar vardır. Bu faktorlar İmam Hüseyni (ə) və Aşura hərəkatını insanlara sevdirir. Aşura qiyamının bu günədək özünü qoruması bu hərəkatda hətta qeyri-müsəlmanları da təsiri altına alan bəşəri məfhumların və insani dəyərlərin elementləri mövcuddur.